Baş səhifə   » COĞRAFİYA    » Bulaqlar   

Bulaqlar

  



Azərbaycanın Qarabağ bölgəsi bulaqlarla zəngindir. Laçın rayonunda Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan süxurları yararaq üzə çıxan maqmat süxurlar boyunca narzan tipli, əhəmiyyətli debiti olan mineral bulaqlar mövcuddur. Bu bulaqlar Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin (böyük debitə malikdir), Nağdalı, Hacıxanlı (Xallanlı, Başlıbel - Kəlbəcər rayonunda) narzan tipli sular olmaqla böyük müalicəvi əhəmiyyətə malikdir.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir və on ildən çoxdur ki, nəinki azərbaycanlılar, hətta yaxın və uzaq xaricdən gələn qonaqlar təbiətin bu gözəl nemətindən istifadə etməkdən məhrumdurlar.
Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar vardır. 





Oxunub: 63694