content_73_az.html Azərbaycan Respublikası Qarabağ bölgəsi :: Baş səhifə
Baş səhifə    » XOCALI SOYQIRIMI    » Soyqırım faciəsi   

Soyqırım faciəsi

  


align=

Xocalının tarixi
Azərbaycanın ən qədim bölgəsi olan Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələri olub. Xocalının yaxınlığında Azərbaycanın m.ö. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıb. 
Xocalı şəhəri sovet dövründə Əsgəran rayonun ərazisində yerləşirdi. Xocalı rayonu isə 26 noyabr 1991-ci ildə Əsgəran rayonu bazasında yaradılıb.

Xocalı 1992-ci ildə
Xocalı şəhəri eyni adlı rayonun mərkəzidir. Əhalisi 7000 nəfərdir. Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Xocalı rayonunda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı, toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb olub. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul idi.
1988-ci ildə baş vermiş hadisələr ilə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşıb.

Xocalı - əsas hədəf  kimi
Qarabağ Müharibəsində ermənilərin Xocalıya əsas maraqları onun starteji və coğrafi mövqeyi ilə əlaqədar idi. Xocalıda yerləşən Qarabağ bölgəsinin yeganə aeroportu bu şəhəri daha əlverişli hərbi məkana çevirirdi. Xocalı şəhərinin Ağdam-Şuşa, Əsgəran-Xankəndi magistral yollarının üstündə yerləşməsi bu ərazini hədəfə çevirirdi. Sonralar erməni tərəfi etiraf edirdi ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi. 
Bundan əlavə isə, ikinci bir amil Xocalının tarixi bir ərazi olması idi. Xocalının yaxınlığında Azərbaycanın m.ö. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri və digər abidələr yerləşdiyindən ermənilər bu tarixi izləri məhv etmək istəyirdi.

align=
Xocalıya hücum
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmamışdır. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmuşlar. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirdilər. Onların başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. 

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər
qadınlar - 106 nəfər
qocalar - 70 nəfər 
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, 
Onlardan:
uşaqlar - 76 nəfər
1275 nəfər əsir götürülmüşdür
150 nəfər itkin düşmüşdür
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard. rubl dəyərində ziyan vurulmuşdur.
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tarixi tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli,  qanlı faciəsindən xəbər verir.



Oxunub: 137448