Baş səhifə   » QARABAĞIN TARİXİ    » Qarabağ mənbələrdə    » Qarabağ tarixi erməni mənbələrində   

Qarabağ tarixi erməni mənbələrində

  


Dağlıq Qarabağın tarixi keçmişinə nəzər saldıqda müəyyən olur ki, bu ərazi Azərbaycan adlı bir məmləkətin əzəli və əbədi torpaqlarıdır. Bunu tarixi həqiqəti nəinki xaffrici mənbələr, erməni tarixşünaslığının özü də zaman-zaman etiraf etmişdir. Həmin etirafların bəzilərini diqqətinizə təqdim edirik: 
Urartu mənbələrində Qarabağın qərb hissəsi Urtex-Urtexini adlandırılmışdır. Bu ərazinin sonrakı adı olan Artsax Urtexidən əmələ gəlmişdir. Yerli mənbələrdə bu ərazi Albaniyanın ərazisi kimi göstərilir, əhalisi isə utilər, sodilər, aynianlar olduqları təsdiqlənir. Hətta Udinlər özləri I Pyotrun adına göndərdikləri məlum məktubda yazırdılar, "biz ağqanlarıq və milliyyət etibarı ilə utilərik". 
A. C. Mnatsakanyan öz əsərlərində belə göstərir ki, udinlər erməni tayfalarından biridir və onların doğma dili çox qədim zamandan bəri erməni dili olmuşdur. Bu problemin böyük bilicisi İ. M. Dyakonov belə hesab edir ki, "qədim erməni dili Ermənistan yaylasının yerli əhalisinin dillərinə qohum olmadığından . . . aydındır ki, o dil buraya kənardan gətirilmişdir". Başqa bir yerdə o yazır ki, erməni dilinin əcdadının ilkin daşıyıcıları Ermənistan yaylasına sinfi cəmiyyət tanımayan, yardımçı əkinçiliyi olan səyyar maldarlar kimi gəlmişlər. Mənbələrdə göstərilir ki, ermənilər bu ərazilərə Zaqafqaziya Artaksiyanın və Zondiyanın işğalçılıq müharibələri dövründən sonra yəni b. e. ə. II əsrdən sonra gələ bilərdilər. Əlbəttə erməni etnosu bu ərazilərdə əmələ gəlməmişdir. Onlar Yuxarı Fərat vadisi zonasında, təxminən b. e. ə. I minilliyin I yarısında təşəkkül tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu nəticəyə gəlmək olar ki, sözü gedən dövrdə Artsaxın əhalisi albanlar, ərazisi isə alban torpaqlarıdır. Bu faktı Leo, S. T. Yeremyan, A. Q. Sukiasyan təsdiq edir və yazırlar ki, Albaniyanın Sağ sahili - Artsax və Utik vilayətləri əsl alban torpaqlarıdır.

I əsrin əvvələrində roma-sasani müharibələri dövründə Albaniya öz müstəqilliyini qoruyub saxlamışdır. Bu müharibələr dövründə Qarabağın ərazisi etnik və siyasi cəhətdən suveren Albaniya çarlığının ubiya-alban hissəsi olaraq qalmışdır. Bu ərazinin müstəmləkələşdirilməsi və erməniləşdirilməsi daha sonrakı hadisədir. İndiki Dağlıq Qarabağın erməni feodalları tərəfindən işğalı haqqında akad. İ. A. Orbelidə yazmışdır. Əhalisinin "erməniləşməsi" haqqında isə akademik S. T. Yeremyan yazmışdır. Dağlıq Qarabağın ərazisi siyasi cəhətdən I əsrdə tamamilə alban ərşaqidlərinə, VII-VIII əsrlərdə isə böyük knyazlara miranidlərə tabe idi. VIII əsrdə ərəb işğalının nəticəsində alban çarlığı süqut etdi. Bu dövrün, erməni kilsəsinin fəal iştirakçısı olduğu faciəli hadisələri alban etnosunun tədricən pozulmasının və Dağlıq Qarabağ ərazisinin əhalisinin bir hissəsinin qriqorianlaşdırılmasının, sonralar isə hətta erməniləşdirilməsinin başlanğıcını qoymuşdur. Lakin alban etnosu yaşayırdı, hətta IX əsrdə Albaniya çarlığı qismən, özü də Artsaxın ərazisində bərpa edilmişdir. XII-XIII əsrlərdə Artsax və Utiyə zonasında "Qədim Albaniyanın bir hissəsi olmuş Xaçın knyazlığının ucaldığını akademik İ. A. Orbelidə təsdiqləyir. Hökmdarı həmçinin "Albaniyanın çarı" Albaniyanın ucqarlarının sahibi adlanan bu knyazlığın parlaq inkişafı Həsən Cəlalın (1215-1261) vaxtına təsadüf edir. Məhz onun vaxtında sonralar "Albaniyanın paytaxt kilsəsinə çevrilmiş Qanzasar monastır kompleksi tikilmişdir. Orta əsrlər dövründə Dağlıq Qarabağ zonası Qarabağ bəylərbəyliyinin tərkibinə daxil idi. Sonralar XVIII-XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibinə daxil olmuşdur. Dağlıq Qarabağın sonradan əhalisinin bir qisminin erməniləşdirilməsini erməni müəllifi S. T. Yeremyan da təsdiq edir. II rus-iran məharibəsi dövründə (1826-1828) rus ordusunun qələbəsinin heç bir şübhə doğurmadığı bir vaxtda X. B. Lazarev çar hökumətinə bir layihə təqdim etmişdir. Həmin layihəyə uyğun olaraq 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə "Erməni vilayəti" adı altında bir inzibati vahid yaradıldı. Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə əsasən ermənilər bu ərazilərə sərbəst gəlib məskunlaşa bilərdilər. Həmin vaxtlarda Qarabağda əsl Azərbycanlı əhali heç bir şübhə olmadan erməni əhalisi deyiləndən xeyli çox idi. 1810-cu ilin rəsmi məlumatına görə "Qarabağ vilayətində" 12000 ailəlik əhali olmuşdur. Bunların içərisində də 2500 erməni ailəsi var idi. Bu məlumat 1979-cu il Yerevanda nəşr olunmuş "Присоединение васточной Армении к России" (I сild. s. 562) əsərində təsdiq olunur. Qarabağın erməni məliklərinə gəldikdə isə onlar əslində dünənki albanlar idilər. Qarabağ məliklərinin soy adlarından heç biri əslzadə (naxarar ) erməni nəsillərinə gedib çıxmır. Onlar öz mənşəyi etibarilə erməni olmayan yerli feodallar idi. Hələ XIX əsrin I rübünün sonunda Qarabağda ermənilər mütləq azlığı təşkil edirdilər. "Qarabağ əyalətinin" 1823-cü ildə həqiqi statski müşavir Maqilyovski və polkovnik Yermolov təfindən tərtib edilmiş təsvirinin Tiflis 1866-cı il məlumatına görə Qarabağ xanlığında 90. 000 sakin olmuş bir şəhər və 600-dən bir qədər artıq kənd mövcud olmuşdur ki, bunlardan da cəmisi 150-si erməni kəndi idi. Şuşada azərbaycanlılardan və 474 ermənidən ibarət təxminən 1048, kəndlərdə isə müvafiq olaraq 12,902, və 43,311 əhali yaşamışdır. Bütün bunlar da Nadir şah (XVIII əsrin 30 illərində) İranın Xorasan vilayətinə köçürülmüş, Qarabağın azərbaycanlı elatlarına amansız divan tutulduqdan sonra bu cür olmuşdur. Yuxardakı faktları V. İşxanyan da təsdiqləyir. Beləki o, "Народности Кавказа" (Petroqrad,1916-cı il) əsərində yazırdı. Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigenlərdirlər, qədim albanların nəsilləridir. Onlar üçün Azərbaycan torpağı təqiblərdən və təhdidlərdən qorunmaq üçün sığınacaq olmuşdur. 1978-ci ildə keçmiş Mardakertdə ermənilərin Azərbaycanın bu rayonuna köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulmuşdur.



Oxunub: 34663