Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 29-30 noyabr 2007   

ATƏT sənəd 29-30 noyabr 2007

  


ATƏT Nazirlər Şurasının 15-ci illik toplantısı
Nazirlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı
Madrid, 29-30 noyabr, 2007-ci il

Biz məmuniyyətlə qeyd edirik ki, Ermənistan və Azərbaycan gələn ilki seçkilərə baxmayaraq  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirməyə razılaşıblar. Biz ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və münaqişənin nizamlanmasına dair tərəflərlə birgə işlənib hazırlanmış Baza Prinsiplərini dəstəkləyirik. Biz israrla hər iki tərəfi mövcud fikir ayrılıqlarını aradan qaldırmağa, bununla da nizamlamanın ümumi konsepsiyasını qəbul etməyə və hərtərəfli sülh razılaşması üzərində işə başlamağa çağırırıq.




Oxunub: 899