Baş səhifə   » FƏSADLAR    » Ekoloji terror - yanğınlar   

Ekoloji terror - yanğınlar

  



1988-93-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılmışdır ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri bu gün də  talan edilir. İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. Hal-hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər. 
Bundan başqa, Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş yanğınlar nəticəsində ətraf mühitə külli miqdarda zərər dəymişdir ki, həcmi milyon manatlarla ölçülür. Həmin zərər barədə statistik məlumatları diqqətinizə çatdırırıq. 


2006-ci ildə törədilmiş yanğınlar
Ayrı-ayrı rayonlar üzrə:

Ağdam 
Yanmış sahə:   16980  ha
Vurulmuş zərər:   21164413  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə - 405342  manat
Torpağın üst münbit qatının yanmasına - 18678000  manat
Bitki örtüyünün məhv olmasına – 1867800  manat
Faunanın məhv olmasına -   196291 manat

Xocavənd 
Yanmış sahə:   15000 ha
Vurulmuş zərər:   43374406  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə 346661  manat
Torpağın üst münbit qatının yanmasına - 41250000  manat
Bitki örtüyünün məhv olmasına –         1650000  manat
Faunanın məhv olmasına - 51495  manat

Füzuli, Cəbrayıl 
Yanmış sahə:   29584  ha
Vurulmuş zərər:   91460292  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə 272970  manat
Torpağın üst münbit qatının yanmasına - 86450650  manat
Bitki örtüyünün məhv olmasına – 4331328  manat
Faunanın məhv olmasına - 375760  manat

Tərtər
Yanmış sahə:   1050  ha
Vurulmuş zərər:   91460292  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə - 27503  manat
Torpağın üst münbit qatının yanmasına- 1155000  manat
Bitki örtüyünün məhv olmasına - 115500  manat
Faunanın məhv olmasına - 22626  manat

2007-ci ildə törədilmiş yanğınlar

Cəbrayıl 
Yandırılmış sahə –  6670 ha
Cəmi vurulmuş zərərin həcmi –   1 579 275  manat
o cümlədən: 
Atmosfer havasının çirkləndirilməsinə - 130 530 manat
Otlaq və biçənəklərə                             - 443 859 manat
Faunanın məhv olmasına     - 908 155 manat
Meşə və yaşıllıqların  məhv olmasına  -    96 731 manat

Füzuli 
Yandırılmış sahə –  14 900 ha
Cəmi vurulmuş zərərin həcmi –   3 115 086 manat
o cümlədən:
Atmosfer havasının çirkləndirilməsinə - 291 690 manat
Otlaq və biçənəklərə                      - 976 250 manat
Faunanın məhv olmasına     -   776699  manat
Meşə və yaşıllıqların  məhv olmasına - 1 070 447 manat

Ağdam 
Yandırılmış sahə –   27 ha
Cəmi vurulmuş zərərin həcmi –   32  869 manat
o cümlədən:
Atmosfer havasının çirkləndirilməsinə - 1409  manat
Otlaq və biçənəklərə  -   2 860  manat
Torpağın üst münbit qatının yanmasına - 28 600  manat

Tərtər
Yandırılmış sahə –  9 500  ha
Cəmi vurulmuş zərərin həcmi –   10 452 167  manat
o cümlədən:
Atmosfer havasının çirkləndirilməsinə    - 181 950 manat
Otlaq və biçənəklərə                       - 141 570 manat
Faunanın məhv olmasına       -   28 647 manat
Meşə və yaşıllıqların  məhv olmasına      - 200 000 manat
Torpağın üst münbit qatının yanmasına -   9  900 000  manat

2008-ci ildə törədilmiş yanğınlar
Ağdam 
Yanmış sahə:   240  ha
Vurulmuş zərər:   303 408  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə –           405342  manat
Torpağın üst münbit qatının yanmasına     - 18678000  manat
Bitki örtüyünün məhv olmasına – 264 000 manat

Füzuli 
Yanmış sahə:   120  ha
Vurulmuş zərər:   13 924  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə –     318  manat
Torpağın üst münbit qatının yanmasına -   13 200  manat
Faunanın məhv olmasına       -     406  manat

Tərtər
Yanmış sahə:   20  ha
Vurulmuş zərər:   25 284  manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə –     1 084    manat
Torpağın üst münbit qatının yanmasına     - 22 000  manat
Bitki örtüyünün məhv olmasına – 2 200    manat

2009-cu ildə dəymiş ziyanın ümumi həcmi:
Füzuli 
Yanmış sahə:            100ha
Yurulmuş ziyan :     158500 manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə -  525 manat
Otlaq və biçənəklərin məhv olunmasına –           11000 manat
Faunanın məhv olunmasına – 64625 manat
Meşə və yaşıllıqlara- 82350 manat

Ağdam 
Yanmış sahə:        150ha
Yurulmuş ziyan : 189630 manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə -             8130     manat
Torpağın üst münbit qatının yanmasına-       165000 manat
Meşə və yaşıllıqlara-                                       16500   manat

2010-cu ildə dəymiş ziyanın ümumi həcmi:
Tərtər 
Yanmış sahə:                  1 200  ha
Vurulmuş zərər :             1318050 manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə -            6300      manat
Torpağın üst münbit qatının yanmasına-   792000  manat
Otlaq və biçənəklərin məhv olunmasına –     132000 manat
Faunanın məhv olunmasına –                         387750 manat       
Ağdam        
Yanmış sahə:                   300  ha
Vurulmuş zərər :             379 266 manat
O cümlədən:
Atmosfer havasının çirklənməsinə -         1575         manat
Torpağın üst münbit qatının yanmasına - 198000     manat
Otlaq və biçənəklərin məhv olunmasına – 33000      manat
Faunanın məhv olunmasına –                   146691     manat       
CƏMİ:                                                         379 266    manat



Oxunub: 57539