Baş səhifə   » XOCALI SOYQIRIMI    » Soyqırımın tanınması    » Xocalı soyqırımının Kolumbiyada tanınması   

Xocalı soyqırımının Kolumbiyada tanınması

  



2012-ci ilin aprel ayında Kolumbiya Senatında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub. Qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Qərar Senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib. 102 senatorun iştirakı ilə keçirilən toplantıda qərar yekdilliklə qəbul olunmuşdur. 
Senat eyni zamanda erməniləri BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə əməl etməyə çağırıb.




Oxunub: 990