Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » Danışıqlar prosesi    » 1994-cü ildəki danışıqlar   

1994-cü ildəki danışıqlar

  


Münaqişənin həllinə dair davamlı danışıqlar prosesi 1994-cü ilin mayında əldə edilmiş atəşkəs razılaşmasından sonra başlayıb. Həmin vaxt Ermənistan artıq Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal etmişdi. Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə başlayan danışıqlardan sonra tərəflər nəhayət 1994-cü il mayın əvvəllərində atəşin dayandırılmasına dair razılaşma əldə etmişlər. Bu razılaşma 1994-ci il mayın 12-dən qüvvəyə minmiş və beləliklə artıq 20 ildir ki, Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş münaqişə” kimi qalır. Lakin erməni tərəfi razılaşmaya məhəl qoymayaraq hələ də atəşkəsi pozmaqda davam edir.




Oxunub: 1604