Baş səhifə   » XOCALI SOYQIRIMI    » Soyqırımın tanınması    » Xocalı soyqırımının Meksikada tanınması   

Xocalı soyqırımının Meksikada tanınması

  



2011-ci ilin sonlarında Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət qərar qəbul etmişdir. Qərarda bildirilib ki, 26 fevral 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı hücuma keçib və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən Soyqırımı kimi adlandırdığı hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın ölümünə səbəb olublar. 
Qərarda eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən bəhs olunur, Madrid Prinsiplərinin mahiyyəti açıqlanmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmalarının vacibliyi qeyd edilmişdir.
Qərarda Deputatlar Palatası Azərbaycan və Ermənistan xalqlarının suverenliyinə tam hörmətlə yanaşaraq, mümkün hesab edilən formatda ən qısa və sürətləndirilmiş tərzdə Dağlıq Qarabağ regionunda münaqişəyə davamlı şəkildə son qoyacaq razılığın əldə edilməsi üçün Azərbaycan və Ermənistan hökumətlərini səy göstərməyə və ATƏT-in Minsk Qrupunun həmsədrlərini münaqişənin sülh yolu ilə davamlı həllinin təmin edilməsi məqsədilə hər iki hökumətə bütün tələb olunan dəstəyin göstərilməsinə davam etməyə çağırmışdır. 
Qərarda bildirilir ki, Xocalı qətliamından 19 il ötməsinə baxmayaraq, qətliamın qurbanlarının hələ də ədalətə nail olmadıqları göstərir ki, hər hansı sülh razılaşması üçün mərkəzi element qısa zaman ərzində öz yerini tapmalıdır, o cümlədən, insanlar arasında əlaqələr bərpa edilməli və mümkün qədər tez bir zamanda hər iki cəmiyyət arasında yenidən harmoniya yaranmalıdır. 




Oxunub: 21084