Baş səhifə   » XOCALI SOYQIRIMI    » Soyqırımın tanınması    » Xocalı soyqırımının ABŞ-da tanınması   

Xocalı soyqırımının ABŞ-da tanınması

  



2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.

2011-ci ildə isə Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanıyıb.

2011-ci ilin martında Amerika Birləşmiş Ştatların Şimali Karolina ştatından (əyalətində) olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatı da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişdir.

Xocalı Soyqırımının 20-ci ilində ABŞ-ın Nyu-Cersi Ştatının qubernatoru Kris Kristi və və vitse-qubernator, leytenant Kim Qadaqno Nyu-Cersi Ştatının Xocalı qətliamı qurbanlarına ehtiramlarını ifadə edərək birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunur:  “Nyu-Cersi Ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi və erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsinin - qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk” 

2012-ci ilin martında Amerika Birləşmiş Ştatlarının Mein ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Sənədin qəbul edilməsinin təşəbbüskarları ştatın Nümayəndələr Palatasının üzvü Enn Haskell və Mein ştatından senator Castin Alfond olub. Qətnamədə vurğulanmışdır ki, 26 fevral 1992-ci ildə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın köməkliyi ilə soyqırım həyata keçirərək yüzlərlərə günahsız insanı məhv etmiş və Azərbaycanın Xocalı şəhəri işğal olunmuşdur. Soyqırım nəticəsində 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Onlardan çoxunun taleyi hələ də məlum deyil. 366-cı motoatıcı alay Xankəndindən çıxarıldıqdan sonra alaya məxsus hərbi texnikanın böyük hissəsi erməni separatçılarının ixtiyarına verilmişdir.



Oxunub: 28597