Baş səhifə   » MÜNAQİŞƏ ATƏT-də    » ATƏT sənəd 4 dekabr 2001   

ATƏT sənəd 4 dekabr 2001

  


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 9-cu görüşü
Buxarest, 4 dekabr 2001-ci il

Nazirlər Şurasının Bəyanatları
QƏRAR № 2
Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə
baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissimizi
bildiririk. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.
Biz sülh dialoqunun davam etdirilməsinin vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam
etdirməyə çağırırıq. Biz, həmçinin, tərəfləri hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, qarşılıqlı etibar və
inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.
Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq.
Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.




Oxunub: 12974