Baş səhifə   » MÜNAQİŞƏ BMT-də    » BMT TŞ sənəd 27 oktyabr 1992   

BMT TŞ sənəd 27 oktyabr 1992

  


Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq Şuranın sədri Şuranın adından onun 1992-ci il sentyabrın 27-də keçirilmiş 3127-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın 21-də Sofidə atəşkəs barədə sazişin bağlanılmasına baxmayaraq Dağlıq Qarabağda və onun ətrafında ciddi vəziyyətin qalmasından, eləcə də bununla əlaqədar insan tələfatı və maddi itkilər olmasından dərin narahatdır.
Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli "Dağlıq Qarabağda vəziyyətə dair bəyanatının məzmunu, xüsusilə də ATƏM-in Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Konfransının səylərinə dəstəyini təsdiq edir. O, qətiyyətlə bütün tərəfləri və bu məsələyə aid olan digərlərini dərhal atəşi dayandırmağa və blokadanın bütün növlərini aradan qaldırmağa çağırır. O, Minsk Konfransının işinin dərhal yenidən başlanılmasına və sədrin təklif etdiyi qayda və prosedurlar əsasında siyasi danışıqların açılmasına çağırır. O, təkidlə bu məsələyə aidiyyəti olan bütün tərəfləri və digərlərini onların mübahisələrinin tezliklə hərtərəfli imzalanmasını əldə etmək üçün ATƏM-lə sıx əməkdaşlığa və konfransın işində əsaslı iştirak etməyə çağırır.
Təhlükəsizlik Şurası Baş katibin Birləşmiş Millətlər Təşkilatının ATƏM-in səylərinin dəstəklənməsi planına, eləcə də humanitar yardım göstərilməsinə nə kimi töhfə verə biləcəyi məsələsinin öyrənilməsi üçün bu regiona öz  nümayəndəsini göndərməyə dair niyyətindən məmnun olduğunu bildirir.



Oxunub: 16243