Baş səhifə   » QARABAĞ MÜNAQİŞƏSİ    » İşğal olunmuş ərazilərdən qanunsuz istifadə    » Narkotik maddələrin daşınması   

Narkotik maddələrin daşınması

  


Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Azərbaycan üçün bu təhdid əsasən, işğal altında olan ərazilərdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində – milli və beynəlxalq yurisdiksiyadan kənar «boz zonalar»da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikası tərəfindən dəfələrlə bəyanatlar səsləndirilmişdir.
BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna qarşı çıxmışdır. Bu gün ermənilərin işğalı altında olan Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanı hesab olunur. Bu zona  hazırda həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən birinə çevrilmişdir. 
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələrinin işğal etməsi nəticəsində bu ərazinin və Azərbaycan-İran sərhədinin 132 km hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaratmışdır.



Oxunub: 13177