Baş səhifə   » ZİYALILAR    » Alimlər   

Alimlər

  


Firidun bəy Köçərli (1863-1920)
Firidun bəy Köçərli  Şuşada anadan olmuşdur. O, görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas və publisist olub. 
F.Köçərli 1895-1918-ci illər ərzində isə Qori seminariyasında dərs deyib. Azərbaycan Demokratik Respublikasının dövründə 1918-1920-ci illərdə F.Köçərlinin təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyib. 
F.Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən güllələnib.

Kərimbəy Mustafabəy oğlu Mehmandarov (1854-1929) 
Kərimbəy Mehmandarov Şuşada anadan olub. O, Azərbaycan terapevti və cərrahı idi. 
K.Mehmandarov 1872-ci ildə Bakı gimnaziyasını bitirib. 1877-ci ildə isə Peterburq klinik hərbi xəstəxanasında (hospitalda) həkim işləyib. K.Mehmandarov 1883-cü ildə Azərbaycana qayıdaraq həkimliyi burada davam etdirib. Onun tədqiqatları, əsasən epidemik infeksion xəstəliklərin profilaktika və müalicəsinə həsr olunub. 

Xudadat Ağa oğlu Məlikaslanov (1879-1935) 
Xudadat Məlikaslanov Şuşa şəhərində anadan olub. O, Dəmiryol nəqliyyatı mühəndisi, texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olmuşdur. X.Məlikaslanov 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Rabitə Yolları naziri olub. 1921-ci ildə Bakı Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) müəllim, professor (1921) işləyib. X.Məlikaslanovun 70-dən çox əsəri (dəmiryol nəqliyyatına aid 3 monoqrafiya və s.) dərc edilib. 

Mirmusa Haşim oğlu Ağamirov (1886-1947)
Mirmusa Ağamirov Şuşada anadan olub. O, Azәrbaycanda ilk nәbatat alimlәrindәn biri idi. Şəki mәktәblәrindә (1906-cı ildәn) vә Bakının bir sıra ali mәktәbindә müәllimlik edib. 1935-1943-cü illər arasında indiki Azərbaycan Aqrar Universitetində, Azərbaycan Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində bitki anatomiyası vә fiziologiyası kafedrasının müdiri vəzifələrində işləyib.  

Sara Nəcəf bəy qızı Vəzirova (1889-1961) 
Sara Vəzirova Şuşada anadan olub. O, Azәrbaycanın maarif xadimi olub. S.Vəzirova 1907-ci ildə Bakıda “Müqәddәs Nina” mәktәbini bitirib. I rus-müsәlman (Azәrbaycan) qız mәktәbindә müәllim, 1910-1920-ci illərdə isə II rus-müsәlman qız mәktәbindә müdir işləmişdir.

Bədəlbəy Bəşir oğlu Bədəlbəyov (1875-1932) 
Bədəlbəy Bədəlbəyov Şuşa şəhərində doğulub. O, Qori seminariyasını bitirib, bir müddәt Şuşada müәllimlik edib. Sonra Bakıdakı 6-cı rus-müsәlman (Azәrbaycan) mәktәbinin müdiri işləyib. Hәmin mәktәb onun adı ilә tanınıb. Uşaqları mәktәbә cәlb etmәk mәqsәdi ilә әһali arasında pedaqoji tәbliğat apararaq, tәlim-tәrbiyә, müәllimlәrin ixtisasının tәkmillәşdirilmәsi vә s. mәsәlәlәrә dair müһazirә vә mәruzəlәr oxuyub. 

Aslan bəy Zеynalabdin bəy oğlu Vəzirov (Vəzirzadə) (1898-?) 
Azərbaycan Demokratik Respublikasının  ilk tələbələrindən, professor Aslan bəy Vəzirov Şuşa şəhərində anadan olub. 1915-ci ildə Bakı rеal məktəbini qızıl mеdalla bitirib Sankt-Pеtеrburq Dağ-Mədən mühəndisləri institutuna daxil olmuşdur. A.Vəzirov 1919-cu ildə ADR-in göndərişi ilə Fransaya ali təhsil almağa göndərilib. 1925-ci ildə Paris univеrsitеtinin fizika-kimya və Nansi gеologiya institutunun gеologiya fakültələrini bitirib Bakıya dönüb.
A.Vəzirov əmək fəaliyyətinə Azərnеftin gеoloji-kəşfiyyat idarəsində başlayıb. Еyni vaxtda da Azərbaycan Politеxnik İnstitunda (indiki Texniki Universitet) dərs dеməyə başlayıb. 

Adil Abutalıb oğlu Sadıqov (1903-1983) 
Adil Sadıqov Şuşada anadan olub. Azərbaycan terapevti A.Sadıqov tibb elmlər doktoru, professor, elm xadimi idi. A.Sadıqovun tədqiqatları, əsasən, ölkə patologiyasına, ürək-damar sisteminə, qastroenterologiya və kurorotologiyaya həsr edilib. 1965-72-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) daxili xəstəliklər propedeftikası kafedrasının professoru idi. 

Xanlar Cavad oğlu Hacıyev (1903-1969) 
Xanlar Hacıyev Şuşada anadan olub. O, Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor tibb xidməti general mayoru olubdur. Azərbaycan Dövlət Tibb İnstitutunun operativ cərrahlıq kafedrasının müdiri işləyib. X.Hacıyev 1967-ci ildən ömrünün axırınadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun cərrahlıq kafedrasına rəhbərlik edib. Tədqiqatı, əsasən yatalaq xolesistitləri nəticəsində öd peritonitləri, malyariya splenomeqaliyalarında müşahidə edilən perisplenitlərə, onların patogenezinə, ağciyər exinokokkozuna, endemik ur xəstəliyinə və s. həsr edib. 
 
Zəhra Mustafa oğlu Şahtaxtinskaya (1895-1977) 
Zəhra Şahtaxtinskaya Xankəndində anadan olub. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda biologiya fakültəsinin dekanı işləyib. 1937-ci ildən zoologiya kafedrasının müdiri olub. Əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdların tədqiqi ilə məşğul olub. Bir çox elmi əsərin, dərsliyin müəllifi olub. 

Əsəd Fətulla oğlu Rüstəmbəyov (1911-1982) 
Əsəd Rüstəmbəyov Şuşada dünyaya gəlib. O, Azərbaycan alimi, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olubdur. Ə.Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparıbdır. O, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin rayonlarımızın mütəxəsislərinə yeni texnika və texnologiya tətbiqi işində kömək göstəribdir. Bir sıra elmi əsər və ixtiranın müəlifidir. 

Cəmil Bahadur oğlu Quliyev (1927-2010) 
Cəmil Quliyev Şuşada anadan olub. Azərbaycan tarixçisi, tarix elmləri doktoru, akademik. C.Quliyev 1949-cu ildə Moskva Dövlәt Universitetini, 1952 ildә isə onun aspiranturasını qurtarıb. 1952-59 vә 1968-70-ci illәrdә ADU-da (indiki BDU) müәllim, dosent, 1953-58 illәrdә eyni zamanda Azәrbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1958-72 illәrdә isә һәmin institutda elmi һissә üzrә direktor müavini vәzifәsindә işlәyibdir. C.Quliyev 1972-77-ci illərdә Azәrbaycan SSR EA Tarix İnstitutunun direktoru olubdur. 

Cəlal Eyvaz oğlu Allahverdiyev (1929) 
Cəlal Allahverdiyev Şuşada anadan olub. Azərbaycan riyaziyyatçısı, Azәrbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) müxbir üzvü (1972), Azәrbaycan SSR Dövlәt mükafatı laureatıdır (1972). 1970 ildәn Azәrbaycan SSR EA Kibernetika İnstitutunun direktoru olubdur. C.Allahverdiyev Funksional analiz differensial dəyişiklәri, kibernetikanın riyazi mәsәlәlәri saһәsindә tәdqiqat aparıb. C.Allahverdiyev Moskvada (1962, 1966), İrəvanda (1965), Sofiyada (1967, 1972), Belqradda (1971), Bakıda (1971, 1973) vә Parisdә (1972) keçirilәn beynәlxalq konqres vә simpoziumlarda mәruzә ilə çıxış edibdir.

Mirvari Məmməd qızı Tağıyeva (1918) 
Mirvari Tağıyeva Xankəndi şəhərində anadan olub.  O, tibb eelmləri doktoru, professordur. M.Tağıyeva Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universitetinin) 1-ci hospital-cərrahiyə kafedrasında assistentdir. 1979-cu ildən fakültə və hospital-cərrahiyyə kafedrasının professoru olub. Tədqiqatı, əsasən, öd yollarının fəsadlarına, qara ciyər və qarın boşluğu orqanlarının cərrahi müalicəsinə həsr olunub.

Paşa Həbib oğlu Rüstəmov (1920) 
Paşa Rüstəmov Şuşada anadan olub. O, qeyri-üzvi kimya üzrə kimya elmləri doktoru, professordur, ASSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) üzvü (1983) olubdur. O, 1959-cü ildən Azərbaycan SSR EA Kimya İnstitutunda yarımkeçiricilərin kimyası laboratoriyasının, 1983-cü ildən ADU-da (indiki BDU) qeyri-üzvi kimya kafedrasının müdiri olub. P.Rüstəmovun İsveçrə (1970), Fransa (1971), AFR (1980) və Rusiyada (1982) keçirilmiş beynalxalq konfrans və simpoziumlarda məruzə ilə çıxış edibdir. 

Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1981)
Riyaziyyatçı alim, akademik Hüseynov Cəbrayılda anadan olub. O, riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar-mühazirələr oxuyub. Akademik indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsusi kurslar oxuyub.
Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliklərinin müəllifidir.

Mehdi Məhəmməd oğlu Mehdizadə (1903-1984)
Akademik, pedaqoq, alim və maarifçi Mehdi Mehdizadə Cəbrayıl rayonun Daşkəsən kəndində anadan olub. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub. Uzun illər Azərbaycan SSR Maarif Nazirliyinə rəhbərlik edib.

Səttar Məcid oğlu Әsәdov (1910-1974) 
Səttar Әsәdov Şuşada dünyaya gəlib. O, Azərbaycanın zooloq-parazitoloqu, biologiya elmləri doktoru, professoru, Azәrbaycan SSR EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) müxbir üzvü olub. S.Әsәdovun əsas tәdqiqatı parazitologiyanın müһüm nәzәri mәsәlәlәrinә, saһiblәrә vә landşafta görә parazitlәrin spesifikliyinә, onların tәbii vә mәһәlli ocaqlarına һәsr edilibdir. 

Xudu Surxay oğlu Məmmədov (1927-1988)
Xudu Məmmədov Ağdam rayonunun Mərzili kəndində anadan olub.
Azərbaycanlı kristalloqraf-alim Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.
Əsas elmi işləri kristallokimya sahəsindədir. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edilib.



Oxunub: 112838