Baş səhifə   » ƏDƏBİYYAT    » Müasir dövrdə Qarabağ ədəbiyyatı   

Müasir dövrdə Qarabağ ədəbiyyatı

  


Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra Azərbaycan ədəbiyyatını öz doğma yurd-yuvalarından ayrı düşmüş Qarabağlı şair və yazıçıların təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqların qaytarılması, xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni - qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Qarabağlı şair və yazıçıların yaradıcılıqlarında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Qarabağlı ədəbiyyatçıların başlıca inkişaf meylləri Qarabağın azad edilməsinin tərənnümünə və təntənəsinə əsaslanır.




Oxunub: 36626