Baş səhifə   » ƏDƏBİYYAT    » Orta əsr Qarabağ ədəbiyyatı   

Orta əsr Qarabağ ədəbiyyatı

  


XIII əsrdən etibarən, Azərbaycanda əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan qarabağlı şair və sənətkarların sayının get-gedə artmağa başlamışdır.
Ümumiyyətlə, Azərbaycan-türk mədəniyyətində və əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk bünövrəsi məhz Qarabağ əbədi mühiti ilə bağlıdır. 
Qarabağ ədəbiyyatının yaşı çox qədimlərə gedib çıxsa da, hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır. Onun bu günə gəlib çatan yeganə şeri Alban çarı Cavanşirin erməni keşişlərinin fitvası ilə qətlinə yazdığı və bizə tərcümədə gəlib çatmış ağı janrında kamil şeir mətnidir. Şeirin məzmunu və üslubu onun Cavanşir kimi bir sərkərdəyə, hökmdara ağı, şer həsr etməsi sübut edir ki,  Davdağ dövrünün qüdrətli, tanınmış söz sənətkarı olmuşdur.
Sonrakı mərhələlərdə, yəni Pənahabad-Şuşa şəhərinin mövcudiyyətinə qədər ədəbiyyat tariximizdə xeyli "Bərdəilər", "Beyləqanilər", "Gəncəvilər" olmuşdur.
X əsrdə yaşayıb-yaratmış, ərəb dilli Azərbaycan ədəbiyyatının yaradıcılıarından olmuş Əbu Bəkir Əhraəd əl-Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Xətib Bağdadi Məhəmməd Əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl Bərdəi, Əbu Əli əl-Bərdəi, Səid ibn əl-Qasim əl Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün islam dünyasında məşhur alimlərdən və dövrünün filosof şairlərindən olmuşlar. Hələ bu təkcə X əsrin məlum faktlarındandır. XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur və Xosrov Dəhləvi onun sənətkarlığını Xaqani Şirvaninin sənətkarlığından üstün tutmuşdur. Zəld ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fəqih filosof olaraq yüksək elmi səviyyəyə çatmış, Dəməşqə getmiş, orada bədii fikrin, fəlsəfı elmin aparıcısı kimi məşhur olmuş, bir sıra yüksək səviyyəli bədii əsərlər yaratmışdır.

XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair yaşamışdır. Əsərlərindən hələlik əldə olmasa da, "Həqiqətüs -şüəra"da və başqa mənbələrdə adı hörmətlə çəkilir. XV əsrdə Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna yüksəlmiş, Gülşəni təxəllüsü ilə ədəbiyyat aləmində olduqca məşhur olmuşdur. O, uzun müddət Qahirədə və Osmanlı imperiyasmda öz təriqətini yaymışdır. Xanəgahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlanə Gülşənin iki oğlu- Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyyid Əli Gülşəni də şair olmuşlar.
Yusif ibn Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb-yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif təbəqəsinə yüksəlmişdir.
Qarabağ əbədi mühiti həmişə Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ən zəngin səhifələrindən olmuşdur. 
XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətayinin yaxını olan Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları tam təsəvvür yaratmaq üçün kifayətdir.  

XVIII əsrdə Pənahabad şəhərinin-Şuşanınn bünövrəsi qoyulandan sonra Qarabağ ədəbi mühiti Azərbaycan ədəbi-mədəni mühitinin ən qaynar mərkəzinə çevrildi və Naxçıvan, İrəvan, Gəncə, Şəki və b. xanlıqların, Gürcüstanın siyasi-ictimai hadisələrinin istiqamətini də Qarabağ xanlığı müəyyənlşdirməyə başladı və aralarında sıx əlaqələr oldu. Bu əlaqələr Qarabağ ədəbi mühitinin təsir dairəsini daha da genişləndirdi.
Həmin dövrdə  yaşamış Ağa Bəyim ağa Tuti Şərqdə ən müdrik qadın kimi məşhurlaşdı və İran şahı Fətəli şah dövründə şahlıq diplomatiyasınm ən fəal istiqamətverici şəxslərindən oldu. Ağa Bəyim ağa həm də məşhur bayatılar müəllifi kimi də məşhurlaşmışdır. 
Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoymuş, XIX-XX əsrlərdə realizm ədəbi metodunun yaranmasına və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur.



Oxunub: 39048