Baş səhifə   » MÜNAQİŞƏ AB-də    » AB sənəd 24 iyun 1993   

AB sənəd 24 iyun 1993

  


Brüssel, 24 iyun 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi ATƏM planının Dağlıq Qarabağ mübahisəsinin bütün iştirakçıları tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nın 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin həyata keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil irəliləyiş üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması nümayəndələrinin plana razılıqlarını təmin etmək məqsədilə Ermənistan prezidenti Ter Petrosyanın uğurlu şəxsi müdaxiləsini yüksək qiymətləndirilər. Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan hökuməti Dağlıq Qarabağda sülh planını hələ qəbul etməyən elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda Dağlıq Qarabağ və onun ətrafındakı indiki daxili çətinliklərdən sui-istifadə etməkdən çəkinmək çağırışlarını davam etdirəcəkdir. Birlik və ona üzv olan dövlətlər xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətdə hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına sala bilər. Birlik və ona üzv olan dövlətlər münaqişə tərəflərini planı tam şəkildə dəstəkləməyə çağırır ki, bu, ATƏM-in müşahidəçi missiyasının yerləşdirilməsinin ilk mərhələsini asanlaşdırar. Onlar həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul etməyə razılıq və ATƏM müşahidəçilərin ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər.



Oxunub: 19194